Şəhid qızını öldürən iş adamının oğlu həbsdə qaldı

Şəhid qızını öldürən iş adamının oğlu həbsdə qaldı 

Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi “Jeep” markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Faktinfo.az xəbər verir ki, R.Rəhimov və müdafiəçiləri hökmdən şikayət edərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov şikayəti təmin etməyib və hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

O  sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər