Səkidə maşın saxlayanlar və sürənlər cərimələnəcək

Səkidə maşın saxlayanlar və sürənlər cərimələnəcək -Bakı Şəhər İcra Hakimiyyəti tədbirlər həyata keçirəcək

Paytaxt Bakıda torpaqların qarış-qarış satılması hər kəsə bəllidi. Bir zamanlar nəzərdə tutulan yol kənarları,səkilər belə ticarət,iaşə və digər obyektlərin tikinti meydançasına çevrilib.

Sözügedən ərazilərdə bəzən olur ki,piyadalarla sürücülər eyni yoldan istifadə edirlər.Səkidə maşın saxlayanları və sürənləri  görmək mümkün olur.Bu isə artıq sürücü və piyadalar arasında bəzən  davaya belə  səbəb olur,piyadaların həyatı üçün əməlli-başlı təhlükə yaradır.Digər tərəfdən ölkəmizə gələn xarici qonaqlar və turistlərdə belə  mənfi fikir formalaşdırır.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin birinci müavini Eldar Əzizov qayda-qanun yaratmaq məqsədilə  səkidə maşın saxlayanlara,piyadalar üçün nəzərdə tutulmuş yerlərdə maşın  sürənlərə çağırış edəcək.Yaxın günlərdə  həyata keçiriləcək bu tədbirlər zamanı müəyyən avtomobil sahiblərinə polis əməkdaşları tərəfindən cərimələrin  yazılması belə  istisna olunmur.

 Məlumat üçün qeyd edək ki, biraz əvvəl Bakı şəhər İcra Hakimiyyəti Bakı ərazisində küçə və prospektlərə baxan binalarda mənzillərin eyvanından paltar asmağı və qurutmağı qadağan edib. 

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər