Şəkinskini güllələyən Qulinin qardaşıdır?
Türkiyənin İstanbul şəhərində təşkil olunan əməliyyat zamanı azərbaycanlı qanuni oğru Nadir Səlifovun həbsi ilə onun yaxın çevrəsi və rəhbərlik etdiyi dəstə diqqət mərkəzinə düşüb.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, Səlifovun həbsindən sonra Türkiyə mətbuatı onun qardaşı Namiq Səlifovla bağlı da diqqətçəkici məlumat paylaşıb.
Türkiyə mətbuatının iddiasına görə, Nadir Səlifovun dəstəsində olan qardaşı Namiq Səlifov Fransada axtarışdadır. O, 5 ay əvvəl Fransanın Tuluza bölgəsində azərbaycanlı Rəhim Namazov və həyat yoldaşına qarşı silahlı hücumda şübhəli bilinir.
Qeyd edək ki, Fransada Rahim Namazovun və həyat yoldaşının olduğu "Audi" markalı avtomobili naməlum şəxs tərəfindən atəşə tutulmuşdu. Maşına ümumilikdə 7 atəş açılmışdı: qadın aldığı güllə yaralarından dünyasını dəyişmişdi. Rahim Namazovun həyatını isə xilas etmək mümkün olmuşdu.
Rahim Namazov kriminal aləmdə “Rəhim Şəkinski” kimi tanınıb. O, Yutub səhifəsində Lotu Qulinin ünvanına ağır təhqirlər səsləndirdiyi üçün qətlinə cəhd edilmişdi.
Bu xəbər üçün şərh yazın