Səlim Müslümov və Heydər Əsədov yola salındı- 6 nazirliyə təyinat yoxdu
Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Faktinfo.az-ın məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri,Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov baş nazirin müavini təyin olunub.
Həmçinin, 18 nazirlikdən Səhiyyə, Mədəniyyət, İdman, Ekologiya və Təbii Sərvərlər, Təhsil, Müdafiə Sənayesi olmaqla, 6 nazirliyə təyinat yoxdur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın