Səlim Müslümovun adından kimlər istifadə edir?

Səlim Müslümovun adından kimlər istifadə edir? 

Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun inzibatı binasında çalışan xidmətçilərin saytlarda yayılan şikayəti maraq doğurur.

Belə ki,Tərtər rayonu Seyidlinalı kəndində qeydiyyatda olub, Bakı şəhəri Yasamal rayonu Ümid Əkbərov küçəsində kirayədə yaşayan Novruzova Rəna Yaqub qızı təssüf doğuracaq situasiya ilə üz –üzə qalıb.O, DSMF-də işlədiyi 2011-ci ildən bəri  inzibati binanın  komendantı, əslən Ağsu rayonundan olan və həmişə özünü nazir Səlim Müslümovun qohumu kimi təqdim edən Nazir Kərimov onunla  qərəzli  şəkildə davranıb.

Şikayətçinin dediklərindən: ” Məlum  davranışa səbəb kimi məni məhz onun işə götürməsini bildirir.  Bu yaxınlarda məni küçədə- "Dekabank"ın ofisinin qarşısında kobud sözlərlə təhqir etdi. Sonra da qabaqdangəlmişlik edib mənimlə bağlı keçmiş təsərrüfat müdiri Natiq Əzizova şikayət etdi, mən də hər şeyi olduğu kimi danışdım..."

Rəna Novruzova onu da  bildirir ki,başına gətirilənlər bununla yekunlaşmır. Belə ki, DSMF mərkəzi aparatı təsərrüfat şöbəsinə Vidadi Nəbiyev müdir təyin olunur, bundan sonra sonra  ona qarşı münasibət daha da pisləşir. R.Novruzovanın sözlərinə görə, V. Nəbiyev onu digər xidmətçilərin də əvəzinə işləməyə məcbur edir. O,narazılığını bildirdikdə  isə təhqirlə üzləşir. Şikayətçi qeyd edir ki, V.Nəbiyev onu haqsız olaraq şantajçı adlandırır: Mən isə soruşmaq istəyirəm : Xadimə müdiri necə şantaj edə bilər?

 Martın 17-də iclasdan çıxarılmışam, aprelin 18-də isə çağırıb mənə sənəd verir , bura qol çək, deyir.Məlum olur ki, şiddətli töhmət  verilib. Sual olunur: Bu necə ola bilir,söyülən mən, şiddətli töhmət alan da mən? Şikayətçi  Nazir Kərimovu daha bir məsələdə ittiham edir. Sitat: “Onun  həyat yoldaşı evdə oturub,  amma adı işdə gedir, maaş alır. Mən işləyirəm, onlar isə havayı məvacib alır. Yeddi aydır ki, maaşımı vermirlər. Kirayədə yaşayıram, evdə ağır xəstəm var, məndən başqa ailənin qazanc gətirəni yoxdu...”

Daha bir şikayətçi- DSMF-nun təsərrüfat şöbəsində 2004-cü ildən xadimə işləyən Əsgərova Təranə Yaqub qızı da 2016-cı ilin oktyabr ayından Vidadi Nəbiyev tərəfindən kabinetə çağırılaraq savadsızlığından istifadə edildiyini, ağ kağıza imza atmağa vadar  olunduğunu bildirib: "Bundan bir neçə gün sonra xəbər tutdum ki, işdən çıxarılmışam. Əvvəlki rəhbərlik maaşın azlığı ilə əlaqədar hər xadiməyə iki ” oklad” iş vermişdi. Hal-hazırda üç nəfərin əvəzinə işləyirəm, amma bir nəfərin əmək haqqını alıram. Aprel ayında Vidadi Nəbiyev heç bir əsas olmadan mənə töhmət verdi və bu səbəbdən mükafat alan işçilərin siyahısına düşmədim".

Şikayətçilər bildirirlər ki, idarədə əmək intizamı kobud şəkildə pozulur. Adı ştatda gedib özü işdə olmayan  başqa şəxslər də var.

Haqlı sual  yaranır: DSMF əgər öz mərkəzi aparatında əmək qanunvericiliyinin tələblərinin pozulmasına  göz yumursa, dövləti sosial sığorta ,əmək pensiyasiyalarına və bir sıra məsələlərə  dair necə təklif verə bilir və bu siyasətin həyata keçirilməsində necə iştirak edir? Bu, çox paradoksal haldır ,ona görə də ümid edirik ki, hörmətli nazir Səlim Müslümov  səslənən fikirlərin  araşdırılması və  qanunu pozanların cəzalandırılması üçün lazımi ölçü götürəcək.

 DSMF-yə dəfələrlə zəng edib məsələyə münasibət öyrənmək  istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər