Səlim Müslümovun belə işləri də olub-

Səlim Müslümovun belə işləri də olub- Təzyiq,saxta əmr...

Məlumata görə, S. Müslümov 2017-cı ilin 19 yanvarında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi labarotoriyasının müdüri P. Abbasov haqqında eyni gündə üç əmr imzalayıb.

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifədən getsə də, onun qoyduğu "iz”lər hələ də qalmaqdadır.

Redaksiyamıza daxil olan məlumat isə Səlim Müslümovun nazir olduğu vaxt qanunları necə pozduğu, dövlət qulluqçularına necə "divan” tutduğunu bir daha sübut edir.

Əmrlər üç fərqli məzmunda eyni gündə və eyni qeydiyyat nömrəsi ilə verilib. Halbuki, "Dövlət qulluğu haqqında” qanun bunu qadağan edir. Qanunun 25-ci maddəsinə əsasən dövlət qulluqçusu haqqında yalnız bir inzibati tənbeh verilə bilər. Səlim Müsəlümovun bir gündə üç fərqli məzmunlu əmr verməsi isə heç bir qayda-qanuna uyğun deyil. Qanuna görə keçmiş nazir P. Abbasov haqqında heç bir əsası olmayan saxta əmr verib.

Əldə etdiyimiz məlumata görə, S. Müslümov P. Abbasovu hədə-qorxu ilə işdən çıxarmaq istəyində olub deyə bir günün içində üç əmr imzalayıb. Ya da bu təsir vasitəsi Səlim Müslümovun xəbəri olmadan onun komandası və ona yaxın olan şəxslər tərəfindən hazırlanıb. Çünki bu "rəngarəng” əmrin imzalanması hər şeyi məlum edərək çox mətləblərdən xəbər verir.

Bununla S. Müslümov həm də Əmək Məcəlləsini pozub. Məcəllənin 69/7-ci maddəsinə deyilir: "İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.

Redaksiyanın sorğusuna cavab olaraq bildirildi ki, bu hadisə keçmiş nazirin vaxtıda olub, P. Abbasov da öz ərizəsi ilə işdən çıxıb.

P.Abbasovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.

Bu qanunsuzluqda Dövlət İmtahan Mərkəzinin (DİM) laqeydliyi də aydın görünür. Çünki DİM və onun rəhbəri Məleykə Abbaszadənin əsas vəzifəsi dövlət qulluqçularının hüquqlarının qorunmasıdır. P. Abbasov nümunəsi DİM-in öz vəzifəsini yerinə yetirmədiyi və dövlət qulluqçularına laqeyd münasibət sərgilədiyini göstərir.

Əldə etdiyimiz məlumata görə, dövlət qulluqçuları belə hallarla tez-tez qarşılaşır. Hətta yüzlərlə saxta əmrlərin verildiyi, rəhbər şəxslərin dövlət qulluqçuları ilə qanuna zidd hərəkət etdiyi barədə kifayət qədər məlumatlar var. DİM bu hallar qarşısında susur.

Səlim Müslümovun verdiyi SAXTA ƏMR
Səlim Müslümovun verdiyi SAXTA ƏMR
Səlim Müslümovun verdiyi SAXTA ƏMR

Miq.Az
 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi