Şəmistan Əlizamanlıdan Afrin əməliyyatına musiqili dəstək

Şəmistan Əlizamanlıdan Afrin əməliyyatına musiqili dəstək 

Keçmiş hərbi diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Afrin əməliyyatlarında iştirak edən hərbçilərə dəstəyini musiqi ilə bildirib.

Faktinfo.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Şəmistan Əlizamanlı Əhməd Cavadın 100 il əvvəl Qafqaz İslam Ordusuna həsr etdiyi "Ey Əsgər" şeirinə musiqi bəstələyib. Mahnının adını isə "Yürüyün əsgərlər, yürüyün" qoyub.

İfaçının "Yürüyün əsgərlər, yürüyün" mahnısı qardaş ölkədə böyük rəğbətlə qarşılanıb. Hətta Türkiyənin bir neçə məşhur telekanalı bu musiqi nümunəsinə aid süjet hazırlayıb.

Şəmistan Əlizamanlı deyir ki, qardaş Türkiyə Ordusuna dəstəyini bununla bitirmək fikri yoxdur. O, Afrində döyüşən əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmək niyyətindədir.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi