Səmyar Abdullayev yenidən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti seçilib

Səmyar Abdullayev yenidən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti seçilib 

7 noyabr 2017-ci ildə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin XⅦ qurultayı keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri açıq elan edən Az.GƏC-in prezidenti Səmyar Abdullayev yığıncaq iştirakçılarını Az.GƏC-in 2012-2017-ci illəri əhatə edən ümumi fəaliyyəti və maliyyə hesabatı ilə tanış edib.S.Abdullayev bildirib ki,cəmiyyət bu illər ərzində gözdən əlil vətəndaşların məşğulluq,sosial adaptasiya,mənzil şəraitsizliyi kimi ümumi problemlərinin həlli istiqamətində bir sıra əhəmiyyətli layihələrə imza atıb.

Cəmiyyət rəhbəri Az.GƏC-in 2012-2017-ci illərdəki   ümumi maliyyə dövrüyəsini əhatə edən rəqəmləri açıqlayıb.Açıqlamaya görə ,bu müddətdə cəmiyyətin ümumi dövrüyyəsi 301 min 229 AZN civarındadır.

Qurultayda iştirak edən  millət vəkilləri Hadı Rəcəbli,Rasim Musabəyov,Elman Nəsirov,Ədliyyə,Əmək və Sosial Müdafiə,Nəqiliyyat,Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin və digər dövlət qurumlarının nümayəndələri Az.GƏC-in fəaliyyətini yüksək qiymətləndiriblər.

Yekunda Az.GƏC-in növbəti  beş  illik rəhbərliyinin seçilməsi ilə bağlı açıq səsvermə keçirilib.Səmyar Abdullayev yekdilliklə növbəti beş il müddətinə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti seçilib.

Faktinfo.az

Səmyar Abdullayev yenidən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti seçilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi