Sənin televiziyanda diktor “Arstax xalqı” sözünü işlədir, sən bixəbərsən... - Mən başa düşmürəm, dövlət hara baxır?

Sənin televiziyanda diktor “Arstax xalqı” sözünü işlədir, sən bixəbərsən... - Mən başa düşmürəm, dövlət hara baxır? 

“Mən başa düşmürəm, dövlət hara baxır? Sənin televiziyanda diktor “Arstax xalqı” sözünü işlədir, sən bixəbərsən...”

Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Əbdül Mahmudbəyov deyib.

Kinorejissor Azərbaycan telekanallarında “Arstax xalqı” ifadəsinin işlədilməsinə sərt təpki verib:

“Bizim telekanallara baxıram, Arayik (Aruntyunyan - red.) haqqında danışırlar, “Artsax xalqı" ifadəsi işlədirlər. Başa düşmürəm, dövlət hara baxır? Sənin televiziyanda diktorun “Arstax xalqı” sözünü işlədir, sən bixəbərsən. Azərbaycanda “Artsax xalqı” var?! Bütün telekanallara, internet saytlara təcili göstəriş verilsin, "Arsax" yox, “Ərsak” desinlər və qeyd etsinlər ki, türk tayfasıdır”.

Sənətçi Arayik Arutyunyanın beynəlxalq axtarışa verilməsini tələb edib:

“Belə çıxır ki, Arayiki “İnterpol”a verməyiblər. Sənin televiziyaların axşama kimi deyir ki, “Arayiki axtarışa veriblər”. Bəs necə olur ki, səhərdən axşama kimi gah Moskvaya, gah Fransaya gedir, amma həbs eləmirlər? Bunu tələb etmək lazımdır. Arayik niyə tutulmur? O, “İnterpol”a verilməlidi!.

Elmlər Akademiyasının səsi niyə çıxmır? Niyə simpoziumlar keçirib bütün dünyaya demir ki, “Ərsak” sak-türklərdir? Pənahəli xan özü də ərsak idi.

Hər dəfə deyirəm ki, “Ermənistan dövləti” sözünü deməyin, ora Qərbi Azərbaycandır, Ermənistan dövləti yoxdur. Erməni xalqı yoxdur, onlar hay tayfasıdır”.

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi