Sərdar Cəlaloğludan dəhşətli açıqlama: “Bakıda radiasiya Xirosimadan daha güclüdür” - VİDEO
Son zamanlar ölkəmizdə insan sağlamlığı və həyatı üçün təhlükəli olan onkoloji , kardioloji və digər xəstəliklərin sayı artmaqdadır.
Əgər əvvəllər bu xəstəliklər daha çox orta yaşlı və yaşlı kəsimdə müşahidə olunurdusa, indi bu diaqnozla həkimə müraciət edənlər arasında gənclərə, hətta uşaqlara belə rast gəlinir. Mütəxəssislər bunun bir çox səbəblərlə əlaqələndirirlər. Ekologiyanın çirklənməsi, şəhərdə yaşayanların təmiz hava və sudan məhrum olması, qidalarımızdakı problemlər, qatqılar və kanserogen maddələr, irsi faktorlar, qohum evlilikləri və sair bütün bu xəstəliklərin səbəbi kimi göstərilir.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan, ixtisasca həkim olan siyasətçi, ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, günümüzdə yaşadığımız məkanda radiasiyanın güclü olması, insanların qida mədəniyyətindən uzaq düşməsi, dərmanların keyfiyyəti ilə bağlı problemlər, tibbi sığortanın olmaması və sair səbəblər insanların erkən yaşda sağalmaz xəstəliklərə düçar olmasına gətirib çıxarır.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Bu xəbər üçün şərh yazın