Şəriət qanunlarını təbliğ edən iranlı qadın əlində pivə
İranlı teleaparıcı Azade Nəmdari İsveçrədə istirahət zamanı məşq geyimində və əlində pivə şüşəsi ilə görüntülənib.
Virtualaz.org xəbər verir ki, Nəmdari Şəriət qanunlarının qatı tərəfdarı kimi tanınır. O, daim hicabda gəzir və müsahibələrində ənənəvi İslam dəyərlərinin əhəmiyyətindən danışır.
Qadın aparıcının sözlərinə görə, yalnız çadra geymiş qadın özünü təhlükəsizlikdə hiss edə və kişilərin hörmətinə layiq görülə bilər.
Fotoşəkillərin dərcindən sonra Azadeni ikiüzlülükdə ittiham ediblər. O, cavabında bildirib ki, istirahətdə yalnız çox yaxın insanların əhatəsində olub və bu zaman dress-koda riayət etmək vacib sayılmır. Hicab isə, sadəcə olaraq, çiynindən sürüşüb düşübmüş. O ki qaldı pivə şüşəsinə, aparıcı qadın bu barədə açıqlama verməməyi üstün tutub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın