Səs yazısı yayılan direktora “torba” tikilib? - Əvvəl Təhsil Nazirliyinə şikayət edilib, sonra isə...

Səs yazısı yayılan direktora “torba” tikilib? - Əvvəl Təhsil Nazirliyinə şikayət edilib, sonra isə... 

Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovaya aid edildiyi iddia edilən səs yazısından sonra əldə olunan məlumatlar müəyyən əsaslandırmaya ehtiyac yaradır.

Və diqqəti hardasa təhsil şöbəsinin üzərinə çəkir.

Faktinfo.az saytına Ağstafadan daxil olan səhih məlumata görə, bir müddət əvvəl Mətanət Məmmədovadan Təhsil Nazirliyinə şikayət edilib. Şikayət müəllimlər - Vüsalə Məmmədova, İradə Nağıyeva, Lətafət Rüstəmova, Şəhla Məmmədova və Lalə Abdullayeva tərəfindən ünvanlanıb. Məlum şikayət məktubunun göndərilməsindən direktorun xəbəri olmadığı kimi, həmin məktubdakı əsaslandırmalar Mətanət Məmmədovanın vəzifəsindən uzaqlaşdırılmasına da yetərli olmayıb. Hətta şikayətçilərdən biri sonradan şikayətini geri götürmək istəsə də, bu dəfə buna rayon təhsil şöbəsində imkan verilməyib. Həmin müddətdə isə təhsil şöbəsi məsələnin uzadılmasında maraqlı tərəf kimi görünüb. Bundan sonra məlum səs yazısı saxta profil üzərindən (saxta adla) sosial şəbəkəyə ötürülüb.

Burada xüsusi yanaşma tələb edən məqam ondan ibarətdir ki, direktor Mətanət Məmmədovadan Təhsil Nazirliyinə ünvanlanan şikayət zamanı direktora aid səs yazısı da şikayətçilərin əlində olubmu, olubsa həmin müddət nədən sosial şəbəkədə paylaşılmayıb? Əgər olmayıbsa, necə ola bilib ki, direktor ondan şikayət edən şəxslərdən biri Vüsalə Məmmədova ilə sonradan kabinetində rahat şəkildə danışa bilib? Sizcə, bu mümkün ola bilərdimi?!

Böyük ehtimalla, şikayət məktubu nazirliyə ünvanlandığı müddətdə şikayətçilərin əlində səs yazısı da olub, sadəcə yayımlamaq istəmədikləri “səs yazısı”nı növbəti mərhələyə saxlayıblar, hansı ki, şikayət məktubu direktoru “bitirməyəcəyi” təqdirdə dövrüyəyə buraxılacaq – kimi düşünməyə əsas yaradır. Bu isə hardasa fikir yürütməyə rəvac verir ki, “prosses” idarə edilən olub. Yox, səhv ediriksə, nədən şikayətçi müəllimlər “problemin” aradan qaldırılması üçün ilk əvvəl direktorun özünə yazılı və ya şifahi müraciət etməyiblər? Yaxşı, direktor qalsın bir kənara, müəllimlər şikayətlərini birbaşa rayon təhsil şöbəsinin müdirinə ünvanlaya bilməzdimi? Çünki istənilən rayon təhsil şöbəsinin müdiri müəllimlərin Təhsil Nazirliyinə şikayət etməsini istəməz? Belə ki, həmin şikayət məktubu təhsil şöbəsi müdiri üçün də mənfilərlə yekunlaşa bilər! O zaman necə olub ki, özü də zamanla Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimi işləmiş,orada böyümüş,məlum şikayətçi müəllimləri yaxından tanıyan Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalov Təhsil Nazirliyinə ünvanlanan şikayət məktubunun göndərilməsindən xəbərsiz olub və ya buna etinasız yanaşıb? Təxminən bir aya yaxın müddətdən sonra isə səs yazısı sosial şəbəkəyə çıxarılıb.

Bütün bunlar deməyə əsas verir ki, həm şikayət məktubu, həm də səs yazısı adları məlum şəxslərin işi deyil, bu işin arxasında idaredici şəxs və ya şəxslər olub. Bu hal isə direktor olmaq üçün rüşvəti əvvəldən verib, “torba” tikməyə daha yaxın bir “uşaq oyuncağı”na bənzəyir. Belədirsə, bu hal cəmiyyət, Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin müəllimləri üçün “məktəb direktoru məndən 3 saat dərsin pulunu tələb etdi”, “izdivacı”ndan min dəfə qorxuludu.Bunu araşdırmaq lazımdı ki,belə köhnə ənənələri kimlər davam etdirir.

P.S. Ağstafa rayon Təhsil Şöbəsinin dəhlizlərində nələr danışılır?

Rayonda saxta diplomlu məktəb direktorlarını hansı icra başçısının zamanında təyin  ediblər?

Müəllimlərə Bakı şəhərində dərs saatları neçə manata satılır, bu Ağstafa rayonu ilə müqayisədə neçə faiz yüksəkdir?

Ağstafa rayonunda nisbətlə götürdükdə, barmaqla sayılacaq şəffaf işləyən neçə nəfər məktəb direktorunun üzərində dayanmaq olar?

Səs yazısı olduğu iddia edilən Mətanət Məmmədova ilə işlənilməlidirmi? - Səbəb və reallıq nələr yazılmasını diqtə edir?

Bu və ya digər suallarla bağlı irəliləyən günlərdə mövzuya qayıdacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi