“SİLAHLAR GƏLİR, AMMA...” - Budanov müharibədə dönüş yaratmağın yolunu açıqladı

“SİLAHLAR GƏLİR, AMMA...” - Budanov müharibədə dönüş yaratmağın yolunu açıqladı 

“Müharibədə kəskin dönüşə nail olmaq üçün tərəfdaşlarımız Ukraynaya daha intensiv şəkildə silah tədarük etməlidirlər”

AzPolitika.info xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının başçısı general Kirill Budanov “Amerikanın səsi”nə açıqlamasında söyləyib.

Budanov deyib ki, Qərb Ukraynaya silah tədarükünün intensivliyini artırmaqla yanaşı, onların siyahısına əlavə silahlar, xüsusilə da hücum aviasiyasını daxil etməlidir: “”Silahlar gəlir, amma onların çatdırılması tempi və həcmi ciddi dönüş üçün yetərli deyil. Yəni, daha çox silah lazımdır. Məsələn, “F-16” və buna oxşar platformalar hücum aviasiyası sayılmır. ABŞ-da bunlar “А10” və “Thunderbolt II” kimi təyyarələrdir. Eləcə də ordu aviasiyasına ehtiyac var ki, bunlara da “AH64” zərbə helikopterləri və digər silahlar daxildir. Bütün bunlar yerüstü qüvvələrə zərbə endirmək üçün lazım olan platformalardır”.

Xatırladaq ki, general Budanov bundan öncə Ukraynanın 2023-cü ildə 1991-ci il sərhədlərinə çıxa biləcəyinə əmin olduğunu və hazırda bunun üçün şans yarandığını söyləyib.

Onu da qeyd edək ki, Rusiya rəsmən ötən il Krım körpüsünün partladılmasına görə K.Budanovun məsuliyyət daşıdığını bəyan edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi