Siqaretin tərkibinə heyvan sidiyi qatılır

Siqaretin tərkibinə heyvan sidiyi qatılır 

Rusiya mediası siqaretin istehsalı ilə bağlı şok videogörüntü yayıb.

1950-ci ildən siqaretin tərkibinə daxil edilən komponentlərdən biri heyvanların sidiyidir. Alimlərin rəyinə görə, heyvan sidiyi insanların beyninə tez bir zamanda təsir edir və bu onlarda siqaretə qarşı asılılıq yaradır.

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a siqaretin tərkibinə heyvan sidiyinin qatılmasını ilk dəfə eşitdiyini dedi:

“Siqaretlə bağlı uzun müddətdir ki, tədqiqat aparmışam. Onun tərkibinə 5 minə qədər kimyəvi maddələr qatılır. Çox mürəkkəb bir məhsuldur. Siqaret insanlarda asılılıq yaradır. Tək heyvan sidiyi asılılıq yaradırsa buna sevinmək lazımdır. Amma, oraya daha təhlükəli maddələr qatılır. Hansı ki, həmin maddələr insan həyatına son qoya bilər.”

Tibbi ekspert Aqil Qeybulla da qeyd edib ki, siqaretin tərkibinə heyvan sidiyinin qatıldığını ilk dəfə eşidir: “Siqaret bütün insanlarda asılılıq yaradır.”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi