SOCAR-da daha bir islahat- “Kompleks qazma işləri” trestinin müdiri vəzifəsindən azad edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib.
Faktinfo.az xəbər verir ki,bu barədə xəbəri AzPolitika.info yayıb.
Qeyd edək ki, 2007-ci ildən SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli ondan əvvəl “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın