SOCAR-IN «NEFTQAZELMİTƏDQİQATLAYİHƏ» İNSTİTUTUNDA «AİLƏ PODRATI»-

SOCAR-IN «NEFTQAZELMİTƏDQİQATLAYİHƏ» İNSTİTUTUNDA «AİLƏ PODRATI»- GÜLMƏLİ

Bəzi dövlət qurumlarında «ailə podratı»nın tətbiqinin xeyli tarixçəsi var…

Bu əməllər əsasən, dövlət müəssisəsələrində baş verir. Amma məmurlar, görünür, «Korrupsiya haqqında» Qanunun 7-ci maddəsini oxumadıqlarından bu əmələ yol verirlər.

Sözümüzün mənası var: Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlının rəhbəri olduğu təşkilat daim bu məsələlərə ciddi reaksiya verib.

Təzadlar.az-a daxil olan məlumatda da bu məzmunlu maraqlı məlumat verilir. Bildirilir ki, SOCAR-ın tabeliyində olan «Neftqazelmitədqiqatlayihə» İnstitunun əməkdaşları maraqlı faktları bölüşüblər… M.Qəhrəmanlı da əməkdaşımıza bu barədə bilgi verdi:

-İnstitutun direktoru İsmayılov Fəxrəddin Səttar oğludur… İnstitutun əməkdaşları bu günlərdə  test və atestasiyaya hazırlaşmaları barədə xəbərdarlıq alıblar. İndi hamı həyəcan içindədir! Hamımı??? Nəticədə ixtisar olub olunmayacaqlarını demək çətindir. Amma son beş altı ayda instituta hardasa yetmişə yaxın işçi qəbul olunub. Hamısı gənclərdir. Özü də müsabiqədən kənar! Deyirlər ki, kimlərinsə dost, tanış və qohumlarıdır. İnstitut özü isə "ailə podratı» ilə işləyir…

-İşçilər deyir?

-Nəinki deyir, maraqlı faktları da təqdim edirlər… Məsələn, məlum olur ki, İnstitutun baş mühəndisi Fazil Həsənovdur. Onun isə oğlu, qızı və gəlini burada çalışır… Geofizika və geologiya departamentinin rəisi Şəkərovun isə arvadı, özü  və oğlu, eləcə də institutun direktoru Fəxrəddin İsmayılovun katibəsi, katibənin oğlu və qızı və s. burada çalışır. Siyahi isə uzundur… Hətta bizə verilən məlumata görə, qohumlar «NİPİ Neftqaz"MMC vasitəsilə də instituta yerləşdirilir. Belə ki, institutun əksər vəzifəli şəxslərin uşaqları, yaxin qohumları həmin MMC-yə yerləşdirilir, sonra hansısa proqram vasitəsilə MMC-dən instituta keçdilirlər. Hazırda da proses davam edir. Kənardan gələnlər də var. Lakin İnstitutun "Qazın yoxlanması və analizi" laboratoriyasının regionlardakı laboratoriyaları ləğv olunanda işçiləri xadimə götürdülər. Həmin işçilər arasında ali təhsillilər də var idi. Dedilər ştat yoxur. Bax belə…Hətta institutda çalışan işçilər bizə yazırlar ki, qalan qohum-əqrabaların da siyahısını verməyə çalışacaqlar. Məsələ ondadır ki, test yoxlamalarından sonra bu qohumlardan kimsə kənarda qalacaqmı??? Qiyamət onda olacaq… buna islahat deyirlərsə, daha nə deyək?!

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi