SOCAR zavodda fəhlələri sakitləşdirdi
“Hazırda “SOCAR Polymer”in tikinti sahəsində çalışanlar arasında heç bir narazılıq yoxdur”.
“Report” xəbər verir ki, bu barədə tikinti podratçısı olan “Üstay” şirkətinin bir neçə əməkdaşı arasında yaranan narazılıqla bağlı “SOCAR Polymer” şirkətinin açıqlamasında deyilir.
Qeyd edilib ki, səbəb havaların isti keçməsi ilə əlaqədar olaraq, iş qrafikində yaranan çətinliklər olub. “SOCAR rəhbərliyinə hadisə barədə məlumat verildikdən dərhal sonra müvafiq tədbirlər görülüb, SOCAR və “SOCAR Polymer” rəhbərliyinin müdaxiləsi nəticəsində məsələ həll edilib, səslənən narahatlıqlar tam aradan qaldırılıb. SOCAR tərəfindən subpodratçı şirkətin rəhbərliyinə narazılıq hallarının qarşısının alınması barədə ciddi xəbərdarlıq edilib”, – deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, bir neçə saat öncə müxalifət KİV-ləri şirkətin zavodlarında fəhlələrin kütləvi narazılığı və tətilin keçirilməsi barədə xəbər yaymışdılar.
Bu xəbər üçün şərh yazın