Solaxaylar digərlərindən daha az yaşayır

Solaxaylar digərlərindən daha az yaşayır 

Sağ əlindən istifadə edən insanların təxminən doqquz il daha çox yaşadıqları ortaya çıxıb.

Faktinfo.az  xəbər verir ki, solaxaylar  haqqında araşdırma zamanı vacib nüanslar üzə çıxıb. Məlumata görə dünyada insanların yalnız 10 %-i sol əlindən istifadə etməkdədir. Solaxay olma genetik faktorlardan asılı ola bilir. Yəni valideynlərdən biri solaxaydırsa, uşağın solaxay olma ehtimalı çoxdur.

Bəzi araşdırmalara görə körpələrin doğum əsnasında lazımlı oksigeni ala bilməməsi də solaxay olmasına yol aça bilər.

Xəstəliklərin təməlini meydana gətirən testosteron həddindən artıq dərəcədə çoxluq təşkil etdikdə körpənin sol beyni zərər görür və sıxlıq sağ tərəfə toplanır, bu da körpənin solaxay olmasını təmin edir.

Solaxayların qabiliyyət və zehni mənada üstünlüklərə sahib olduğu artıq hər kəsə məlumdur. Çünki sağ əli istifadə edən insanlar yalnız beynin sağ tərəfi, solaxaylar isə beynin hər iki hissəsi ilə idarə olunur.

Sol əldən istifadə eyni zamanda patoloji bir xəstəlik olaraq bilinir. Çünki bəzi şəxslər ana bətnində beyində yaranan hər hansı bir zərər nəticəsində solaxay ola bilər.

Fransız alimlərinin araşdırmalarına görə solaxayların digərlərindən daha az yaşadığı ortaya çıxıb. Bildirilir ki, yaralanma və qəza keçirmə riski solaxaylarda daha çoxdur. Belə ki, avtomobil kimi gündəlik həyatda istifadə edilən vasitələr sağ əl ilə istifadə üçün nəzərdə tutulub. Bu səbəbdən solaxaylar belə vəziyyətdə avtomobil  istifadəsində çətinlik çəkir və bunun nəticəsində qəzaya məruz qalırlar. Həmçinin şəkər xəstəliyi, miqren və bağırsaq xəstəliklərin çoxu solaxay insanlarda rast gəlinir. Otizm, şizofreniya kimi nevroloji xəstəliklər də solaxayların bəlasıdır desək yanılmarıq.

Şirvan Balabəyli 

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi