Sosial durumu yaxşı olan əlillərə müavinət verilməyəcək-Qanun müzakirəyə çıxarılır

Sosial durumu yaxşı olan əlillərə müavinət verilməyəcək-Qanun müzakirəyə çıxarılır 

Azərbaycanda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcək.

Milli Məclisdə  əlilik haqqında qanunlarda köklü dəyişikliklər və islahatlar aparılacaq.

Hazırda bununla bağlı qanun layihələrinin üzərində iş getdiyi vurğulanıb.

Qeyd edək ki, fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Əlillərin maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər), dava-dərman, texniki və başqa vasitələrlə həyata keçirilir. O cümlədən onlara avtomobillər, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar verilir, habelə tibbi, sosial, əmək və peşə bərpası sahəsində xidmətlər göstərilir.

Hazırlanacaq yeni layihəyə əsasən isə fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Belə ki, sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək.

"Bunun adı isə fiziki və sosial baxımdan əlilliyin müəyyənləşdirilməsi olacaq”, – deyə parlamentdən bildirilib.

Müavinətlərin kimlərə şamil olunacağı qaydaları da hazırlanacaq. 

Milli Məclisdən bildirilib ki, bu təcrübə dünyanın bir çox ölkələrində tətbiq olunur.

Qeyd edək ki, Azərbaycanda uşaqpulunun verilməsində də bir neçə ildir bu praktika tətbiq olunur. 

Hazırda bütün ailələrə uşaqpulu verilmir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər