Soylu: Ərdoğandan bir ölkə kömək istədi, 25 saat sonra…
Sizin bildiyiniz məmləkətlərdən birinin yüksəkçinli rəsmisi qısa vaxt bundan əvvəl prezidentimizə zəng elədi. Təhlükəsizlik toplantısı idi, mən də yanında idim.
Dedi ki, çətin vəziyyətdəyəm, başımıza pis işlər açmağa çalışırlar. Mənim bu şeylərə ehtiyacım var.
Axar.az xəbər verir ki, bu sözləri Girəsun bölgəsində çıxışı zamanı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“Qeydlərini götürdü, kağızı mənə verdi. “Bunları verə bilərik?” dedi. Sonra “Ən qısa zamanda göndərək” tapşırdı. Çərşənbə günü saat 17:00 idi. Bir gün sonra, saat 18:00-da yük təyyərasi ilə bildiyimiz ölkələrdən birinin paytaxtına, müraciətdən düz 25 saat sonra, göndərildi. O ölkənin prezidenti, baş naziri, daxili işlər naziri təəccüb içində idi”, - Soylu bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın