“Sülh sazişi ilk növbədə Ermənistana lazımdır” – “Beştərəfli görüşdən imtina doğru qərardır”

“Sülh sazişi ilk növbədə Ermənistana lazımdır” – “Beştərəfli görüşdən imtina doğru qərardır” 

"Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtinası doğru qərardır”.

Bunu AzPolitika.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Fransa və onun yedəyində sürünən Almaniya rəsmiləri ermənipərəst mövqelərini gücləndiriblər, onlar balansı Ermənistanın xeyrinə pozduqlarına görə vasitəçi ola bilməzlər. “Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşlər Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilirdi və bu görüşlərdə nisbətən müsbət atmosfer formalaşmışdı. Fransa Prezidenti Emmanuel Makron masada oturmağa başladıqdan bu yana Brüsselin vasitəçiliyində irəliləyiş olmayıb. Şarl Mişelin Makronun təzyiqi ilə masa iştirakçılarının sayını artırması yanlış qərar idi”, - ekspert vurğulayıb.

E.Şahinoğlu deyir ki, İlham Əliyevin “masada Fransa və Almaniya varsa Türkiyə də olmalıdır” tələbi yerindədir, təklifi qulaqardına vuracaqlarsa Brüsselin vasitəçiliyi heçə enəcək. “Birdəki, sülh sazişi ilk növbədə Ermənistana lazımdır, Azərbaycan Qarabağda qayda-qanun yaradır”, - o əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər