Sürəndə pul qazandıran velosiped kəşf olunub

Sürəndə pul qazandıran velosiped kəşf olunub –Hər mil üçün 20 funt

Dünyada ilk dəfə olaraq sürəndə pul qazandıran velosiped ixtira edilib.

FED.az  xəbər verir ki, “50 Cycles” şirkəti hərəkət zamanı Loyal Coin kriptovalyutasını qazanmağa imkan verən bir kripto-velosiped təqdim edib. 2003-cü ildə yaradılan şirkətin yaratdığı velosipeddə xüsusi Toba adlı qurğudan istifadə olunur və prosesinin dinamikası mobil proqramlarda izləmək olur.

Velosipedin yaradıcıları o qədər də böyük olmayan bir qazanc vəd edirlər – cari kursla hesablayanda hər min milə görə mil başına 20 funta qədər.

Şirkətin baş direktoru Skotta Snayt bildirib ki, kripto velosiedlər nəinki ilk belə velosipedlərdir, ümumiyyətlə bunlar ilk məhsuldur ki, istifadəsinə görə, adama pul qazandırırlar.

Artıq 2018-ci ilin sentyabr ayından kripto velosiped müştərilərə təklif olunacaq. Məhsulun qiyməti dəqiqləşdirilməyib. Amma ilkin məlumatlara görə, velosipedin qiyməti 1 695 funtdan başlayır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər