Suriya rejimi atəşkəsi pozub
Faktinfo.az xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Mərkəzi çıxış edib. Mərkəzin bildirdiyinə görə rejim qüvvələri ölkənin cənubunda yerləşən əyalətlərdən birində barışıq əldə edilməsinə baxmayaraq üsyançılara hücum ediblər.
Dövlət mediasının verdiyi məlumatda isə bu hücumun İŞİD terrorçularına qarşı yönəldiyi vurğulanıb.Hücumun ərazidə atəşkəsin qüvvəyə minməsindən təqribi 24 saat sonra baş verdiyi bildirilir.
Qeyd edək ki, Suriyada atəşkəs Cenevrə danışıqlarının 7-ci raundundan sonra qüvvəyə minib. Suriya rejimi və müxalifət arasında baş verən müharibə zamanı isə 320.000 insan həyatını itirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın