Suriyada hava hücumu zamanı 8 nəfər mülki vətəndaş həlak olub

Suriyada hava hücumu zamanı 8 nəfər mülki vətəndaş həlak olub 

Rusiya təyyarələri və Bəşər Əsəd rejiminin təşkil etdiyi hava hücumu zamanı 3-ü uşaq, 1-i qadın olmaqla 8 mülki şəxs həyatını itirib.

Faktinfo.az xəbər verir ki, Suriyanın müxalifət qüvvələrinin əlində olan Arbin şəhərinə edilən hava hücumu zamanı 8 nəfər həlak olub. Bu barədə məlumatla Suriya İnsan Hüquqları Mərkəzi çıxış edib. Mərkəzin verdiyi məlumatda hücumun Rusiya təyyarələri və Bəşər Əsəd qüvvələri tərəfindən edildiyi təsdiq edilib. Hücumun yerli saatla 23:30 radələrində baş verdiyi bildirilir. Hücum zamanı 30 nəfərin yaralandığı da vurğulanır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi