"Sürücülük vəsiqəsini rüşvətlə alan olmasa, satan da olmaz"

"Sürücülük vəsiqəsini rüşvətlə alan olmasa, satan da olmaz" - AÇIQLAMA

“Avtomobillərə məxsus bir sıra seriya nömrələrinin rüsumları artırılanda, cəmiyyətdə ironiya yarandı, çünki hamı həmin qiymətlərin real olmadığını bilir.

Vətəndaşlar bilir ki, real qiymətlər rüsumlarda göstəriləndən dəfələrlə çoxdur. Nəinki bahadı, ümumiyyətlə, həmin nömrələri hər adama satmırlar. Onlar yalnız xüsusi oliqarxlar, nazirlərə məxsusdur. Hesab edirəm ki, məmurların belə vəziyyətdən sui-istifadəsinə cəmiyyət təkan verir”.

Faktinfo.az xəbər verir ki,bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri  bildirib ki, avtomobillərin seriya nömrəsi məsələsinə bu qədər maraq göstərməsək, bu məsələdə belə həssas olmasaq, nömrələr bu qiymətə satılmaz: “Tələbat olduğu üçün təklif artır və qiymətlər müəyyənləşir. Sürücülük vəsiqəsinin verilməsində Sovet dönəmində də rüşvət və korrupsiya halları var idi, təəssüf ki, bu ənənə müstəqil Azərbaycan dövlətində də davam etdirilir. Məndə olan məlumata görə, rüşvət vermək istəməyən həmin ödənişi etmədən özü oxuyaraq imtahan verir və sürücülük vəsiqəsini əldə edir. Rüşvət verərək vəsiqə alan vətəndaşlar özlərini əziyyətə vermək istəməyənlərdir. Ona görə də yollarda bu cür xaotik vəziyyət yaranır, çünki əksər sürücülər yol hərəkəti qaydalarını bilmir. Təbii ki, bu, rüşvət alanlara, sürücülük vəsiqəsini pulla satanlara haqq qazandırmır, amma alan olmasa, satan da olmaz. Bu kimi problemlərin həlli kiçikdən tutmuş böyüyünə qədər bütün rüşvətlərin kökünü kəsməkdir. Görünən odur ki, dövlət bu problemi həll etməkdə hələki maraqlı deyil. Təəssüf ki, kadr və vəzifəlilər dəyişsə də, adətlər həmişəki kimi qalır”.

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər