Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu artırılıb
Sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə yeni dövlət rüsumu artıq qüvvəyə minib.
Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş 25 manat olub:
“Hazırda dövlət rüsumu 18 manat deyil, 25 manat məbləğindədir”.
Xatırladaq ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 29 iyun 2018-ci il tarixli qanuna əsasən, sürücülük vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumunun məbləği 18 manatdan 25 manata qaldırılıb. (Oxu.Az)
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın