Suyun tərkibində ağır metallar və duzlar hələ də qalır

Suyun tərkibində ağır metallar və duzlar hələ də qalır 

Bir müddət öncə, Respublika Gigiyena və Epidemiyalogiya Mərkəzi su nümunələrində qeyri-kafi nəticələrlə bağlı araşdırmalar həyata keçirmiş və suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə təkliflər vermişdi.

Amma sonradan həmin təkliflərin reallaşıb-reallaşmaması barədə mətbuata məlumatlar verilmədi. Məlumat üçün bildirək ki, “Azərsu” SC tərəfindən yaradılan problemlər bununla bitmir. İnsan orqanizminin üçdə ikisi sudan ibarət olduğundan istənilən şəxs gün ərzində 2-3 litr içməli su qəbul edir. 

Nəzərə alanda ki, yay aylarında içməli suya tələbat 2 dəfə artır, demək içməli su həyatımızda xüsusi çəkiyə malikdir. Problem isə ondan ibarətdir ki, hələ də paytaxt sakinlərinın 80 faizi arxayın şəkildə krantdan su götürüb, içə bilmir. Bunu mütəxəssislər belə izah edirlər ki, əhalini içməli su ilə təmin etməli olan “Azərsu” SC əhali üçün nəzərdə tutulan içməli suyu şəffaf şəkildə filterdən keçirib, vermir. Bu səbəbdən hazırda da içməli suyun tərkibində ağır metallar və duzlar qalmaqdadır. Bulanıq və tərkibi tam normaya uyğun olmayan suyu isə böyük əksəriyyət qaynadıb, içir. Bu isə suyun tərkibində olan mineralları məhv edir. Susuzluğun yatırılması üçün qəbul edilən qaynadılmış suda isə insan orqanizmi üçün lazım olan yod, minerallar ölmüş hesab olunur.

 Son dövr içməli su ilə bağlı əlavə problemlər də yaranıb. Su bəzən açıq sarı rəngə çalır və ya pas dadır. Bu isə belə izah olunur ki, SSRİ dönəmindən qalmış və binaların zirzəmisində olan magistral metal borular çürüyüb. Bəzən su bu çürüntü ilə qarışır, sudan pas iyi, palçıq tamı gəlir. Təbii ki, belə hallarda suyun qaynadılmamış qəbul edilməsi təhlükəlidir. Əks halda bağırsaq çöpləri, mədə pozultuları və s. xəstəliklərə yol aça bilər. Bu kimi problemlər isə on illərdir həllsiz qalır. Nəticə çıxarmağa dəyər, “Azərsu” SC işləyir, yoxsa yox?!

 Digər problemdən biri də əhalinin mağazalardan aldığı qablaşdırılmış suların qiyməti ilə bağlıdır. Su, süd və benzinin qiymətindən də baha satılır. Hətta, tərkibi  belə təhlükəlidir.

 SSRİ dönəmində bütün qəbildən olan istehsal məhsullarına, o cümlədən ərzaq məhsulları üzərində 7 qat nəzarət sistemi mövcud idi. Bütün istehsal vasitələrinin dövlətə məxsus olması satış üzərində də nəzarətdən kənarda qalmırdı. Bununla da, keyfiyyəti şübhə doğuran məhsullar satışdan kənarlaşdırılırdı. Qablaşdırılmış suyu da bu kateqoriyaya aid etmək olardı.İndiki halda isə  qablaşdırılmış suların süd və benzindən baha satılması qiymətlərə olunmayan nəzarətdən irəli gəlir. Kapitalizm cəmiyyəti o demək deyil ki, sahibkar azaddır, istədiyi kimi məhsul istehsal edib ağlı kəsən qiymətə sata bilər.

 Haqlı olaraq sual yaranır ki, qiymətlərə, malın keyfiyyətinə dövlət nəzarət etməyəcəksə, vətəndaşa kim sahib çıxacaq? 0.5 litrlik su müxtəlif adlar altında 0.40-0.50 qəpiyə satılır. 1 litr su 0.80 qəpik qiymətinədirsə, bunun benzindən nə fərqi var?

 Digər tərəfdən ölkənin  təbii bulaqlarından qablaşdırılan içməli sularla payxatda qablaşdırılan suların qiymətində çox cüzi fərq var.Demək ki,  Bakıda hazırlanan keyfiyyətsiz və təhlükə saçan suların “Azərsu” SC-nin rəhbər şəxslərinin nəzarətində olmasına dair şübhələr yersiz deyil. 0.5 litr suyun qiyməti 0.40-0.50 qəpikdirsə,hazırda Milli Məclisdə oturan millət vəkilləri susmamalıdır.

Hər halda düşünməyə dəyər, elə deyilmi?!

Fuad İsgəndərov

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər