Tağı Əhmədovu da tərifləyən tapıldı
“Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov bu günlərdə özünün 70 illik yubileyini qeyd edib. Yubiley mərasimində Tağı Əhmədovun yaxınları, dostları ilə yanaşı, bir neçə jurnalistin də iştirak etdiyi bildirilir.
Tağı Əhmədovun yubiley mərasimində jurnalistlərdən İradə İsaq və onun həyat yoldaşı Yaşar İsakov da iştirak edib.
İradə İsaq Tağı Əhmədovun ad günü ilə bağlı özünün İnstagram səhifəsində paylaşım edərək, bir zamanlar jurnalistlərə qarşı kobud rəftarı ilə seçilən “Bakı Metropoliteni”nin sabiq sədrini xeyli mədh edərək, tərifləyib.
Qeyd edək ki, İradə İsaqın Tağı Əhmədovu mədh etməsi əksər jurnalistlər arasında heç də birmənalı qarşılanmayıb. Çünki Tağı Əhmədov “Bakı Metropoliteni”nin rəisi işlədiyi zamanlarda jurnalistlərə qarşı kobud rəfətarı ilə seçilən yeganə məmurlardan biri kimi yadda qalıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın