“Tahir Əkbərin meyitini qəbirdən çıxardıb, atasının məzarında basdırdım” - Həyat yoldaşından şok açıqlama
“Əməkdar incəsənət xadimi, mərhum bəstəkar Tahir Əkbərin meyitini Mədəniyyət və Turizm Nazirliyinin dəfn etdiyi yerdən çıxartdırdım”.
Faktinfo.az xəbər verir ki,bunu AzNews.az-a mərhum bəstəkarın həyat yoldaşı Tahir Əkbərin meyitinin dəfn olunan yerdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib:
“Mən onun xanımı kimi borcumu qaytardım. Tahir müəllimi ona aid olmayan bir yerdə dəfn etdilər. Həmin vaxt orada insanlar olub və onun harada dəfn olunduğunu görüblər. Mən həmin insanlara hörmət əlaməti olaraq susdum və gözlədim ki, dəfn işi yekunlaşsın. Sonra Tahir müəllimin meyitini oradan çıxartdırdım və özünün vəsiyyət etdiyi yerdə dəfn etdirdim. Tahir müəllim sağlığında demişdi ki, “əgər görsən ki, məni adıma, sənətimə layiq olmayan yerdə dəfn ediblər, məni ordan çıxart, atamın məzarında dəfn elə. Səndən son istəyim budur”. Mən də baxdım ki, Tahir müəllimi adına, sənətinə layiq olmayan yerdə dəfn ediblər. Ona görə onu orda qoya bilməzdim”.
Mərhumun həyat yoldaşı qeyd edib ki, Tahir Əkbərin arzusu İkinci Fəxri Xiyabanda dəfn edilməsi olub.
Qeyd edək ki, əməkdar incəsənət xadimi Tahir Əkbərin 2017-ci ilin noyabr ayında səhhəti pisləşib. Həkimlər onun insult keçirdiyini bildiriblər. Bəstəkar martın 2-də dünyasını dəyişib.
Bu xəbər üçün şərh yazın