Tanınmış hakimin yaş həddinə görə təqaüdə göndərilməsi birmənalı qarşılanmır

Tanınmış hakimin yaş həddinə görə təqaüdə göndərilməsi birmənalı qarşılanmır 

Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynovun vəzifəsindən kənarlaşdırılmasında təkcə yaş həddi əsas götürülməyib.

Bu  barədə bəzi saytlarda məlumat yayılıb.Onun  təqaüdə göndərilməsinə məhkəmə hüquq sferasında aparılan islahatların tərkib hissəsi kimi yanaşılıb.Yayılan məlumatlarda Zeyqəm Hüseynovun vəzifəsindən kənarlaşdırılmasında təqaüd yaşı əsas kimi göstərilib,lakin onun tutduğu vəzifədən uzaqlaşdırılmasında sədri olduğu məhkəmədən olunan saysız-hesabsız şikayətlərin də rolunun  az olmadığı əksini tapıb.

Faktinfo.az-ın əldə etdiyi məlumatlarda isə bildirilir ki, Sumqayıt Şəhər Məhkəməsinin Azərbaycan Dövləti adından çıxardığı qərarların bir çoxu narazılıq doğururmuş.

Mübahisələndirilən məhkəmə işlərində də hüquq pozuntusu hallarına rast gəlinirmiş. Çıxarılan qərarlardan Prokurorluğun verdiyi protestlər də az olmayıb.Nəticədə,haqq və hüququ pozulmuş vətəndaşlar ölkə rəhbərliyinə,Ədliyyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına,digər rəsmi dövlət orqanlarına vaxtaşırı şikayətlər göndərirmiş.

Məsələn, bir müddət əvvəl saytlarda xəbər yayıldı ki, Zəngilan rayon 17 saylı məktəbin direktor müavini Qəfər Hacıyev dərsə gecikən şagirdləri cəzalandırmaq üçün stadion ətrafında qaçırarkən 11-ci sinif şagirdi Azad İlyasov təngənəfəs olaraq yıxılıb və ürək çatışmazlığından vəfat edib. Qəfər Hacıyevə qarşı Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsi isə onun bu işdə günahı olmadığı qənaətinə gəlib və Q.Hacıyev barəsində bəraət hökmü çıxarıb. Lakin Prokurorluq həmin qərarla bağlı protest verib. Həmçinin ,Azad İlyasovun valideynləri də Qəfər Hacıyev barəsində Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı bəraət hökmü ilə barışmayıblar, dövlət rəhbərliyinə, digər bir sıra vəzifəli şəxslərə şikayət məktubu ünvanlayıblar. Nəticədə məhkəməsinin qərarı ləğv edilib, Q.Hacıyev təqsirli bilinərək, 1 il müddətində vəzifə tutmaqdan məhrum edilməklə, 500 manat cərimələnib.

Haşiyə: Faktinfo.az saytı olaraq Sumqayıt Şəhər Məhkəməsinin bəraət hökmünə dair bildiririk ki, həqiqətən insan ölümü bu qədər ucuzlaşdırılıb ki, heç bir qanunda cəza növü kimi stadionda şagirdin qaçırılması nəzərdə tutulmadığı halda məhkəmə bunu görməzliyə qoyub, bəraət hökmü çıxarıb. Digər tərəfdən, şagirdə Sumqayıt şəhər 3 saylı Poliklinikasında hipotrofik kardiomiopatiya diaqnozu qoyulub. Bu isə o deməkdir ki, ürəyi yükləmək, gücə salıb ağırlaşdırıcı vəziyyət yaratmaq olmaz ki, belə xəstələr özlərini qoruyanda 30-40 il, bəlkə də daha çox yaşayırlar. Mərhumun yaşamasına kim və ya kimin qanunsuz hərəkəti ehtiyatsızlıq səbəbindən nöqtə qoyur. Yenə, Qəfər Hacıyev fikri yetərsay olur. Belə olduğu halda, heç olmasa Sumqayıt Şəhər Məhkəməsi məktəb direktorunun müavini işləyən Qəfər Hacıyevi direktor müavini vəzifəsindən məhrum edilməklə bəlli bir məbləğdə cərimə edə bilməzdimi, və yaxud ağırlaşdırıcı hal kimi barəsində hökm çıxarmaq olmazdımı?! Edə bilərdi, niyə etməyib bu düşündürücüdür.

Məlumat üçün onu da bildirək ki, Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov vaxtilə  Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olub və o zaman ağır cinayətlər törətmiş və ömürlük həbs cəzası almış bəzi şəxslərin azad edilməsi ilə bağlı qərar çıxartdığına görə,ölkə KİV-ləri tərəfindən də tənqid olunub.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər