Tarixdə ilk: o, Baltik dənizini üzüb keçdi
Polşalı üzgüçü Sebastian Karas Baltik dənizində 100 kilometr məsafəni üzərək dünya rekordunun sahibi olub.
Bu barədə “Ukrinform” informasiya verib.
26 yaşlı rekordçu Polşanın Kolobjeq şəhərinin sahillərindən Danimarkaya məxsus Bornholm adasına qədər olan 100 kilometr məsafəni 28.5 saata qət edib.
Kras üzməyə 28 avqustda başlayıb və avqust ayının 30-da təyin olunmuş məntəqəyə çatıb. Bu müddət ərzində təhlükəsizliyini qorumaq məqsədilə idmançını kater müşayiət edib. Qayıqdan ona hər 1 saatdan bir yemək verilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın