Tbilisidə yollar bağlandı, bölgələrdən paytaxta axın var,hakimiyyət təşviş içində-

Tbilisidə yollar bağlandı, bölgələrdən paytaxta axın var,hakimiyyət təşviş içində- Saakaşvili xalqı kəskin mübarizəyə səslədi

Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb.

Aksiyanın əsas tələbi növbədən kənar parlament seçkiləridir.

Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Təşkilatçılar aksiyada 10 minlərlə insanın iştirak etdiyini bildirib. Aksiyaya bölgələrdən də qatılanlar var.

Etirazçılar qarşısında çıxış edən“Güc birlikdədir” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını deyib:

“Seçkilər xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq”.

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

Report.az

Tiflisdəki mitinqlər bir il əvvəl qətlə yetirilən David Saralidze və Levan Dadunaşvilinin xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsiylə başlayıb.

Bir dəqiqəlik sükutdan sonra etirazçılara Vahid Milli Hərəkat Partiyasından olan deputat Georgi Vaşadze müraciət edib:

“Seçkidə görünməmiş dərəcədə saxtakarlıq, rüşvətxorluq, təzyiqlər və şantaj müşahidə edilib. Biz hakimiyyətin xalqa məxsus olması, demokratik ölkə, Gürcüstan xalqı üçün mübarizə aparırıq”.

Bu arada,Mixail Saakaşvili Skayp vasitəsilə aksiyaya qoşulub və xalqı daha kəskin mübarizəyə səsləyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər