TƏBİB özünü doğrultmur- Xəstəxanada qoçuluq edilir
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi dəyişdikdən sonra burada cəngəllik qanunları daha böyük miqyasda hökm sürür.
Reportyor.info bildirir ki, Telman İbadovun yerinə Azər İsmayılov təyin olunduqdan sonra xəstəxananın qapısında “qoçu” saxlanılır.
El arasında “Respublikanski” kimi tanınan bu xəstəxanada indi gestapo rejimi yaradılıb. Bu günlərdə vətəndaş İbrahim Lələyevin Ağdaşdan gətirilən bacısının vəziyyəti ilə bağlı müsahibə verərkən xəstəxananın işçisinin jurnalistin üstünə hücum çəkməsi, ona müdaxilə etməsi və mikrofonun qırması xəstəxananın necə idarə edildiyini göstərir. Sanki mafiya qaydaları ilə fəaliyyət göstərirlər. Jurnalistin mikrofonunu qırmaq, heç bir əsas olmadan şikayətçinin dərdini danışmasına zor tətbiq etmək məsuliyyətə cəlb edilməsi üçün əsasdır.
Həmin kadrlar yayıldıqdan sonra “Respublikanski”nin “qoçu”su haqda tədbir görülməliydi. Axı ona kim ixtiyar verib ki, mediaya təzyiq göstərsin?
Əgər yeni baş direktor Azər İsmayılov ona bu “səlahiyyəti” veribsə, deməli, baş direktor çox yaxşı siftə edib, qoçu saxlamaqla ad çıxarıb.
Qeyd edək ki,TƏBİB-in rəhbər Ramin Bayramlının əmrinə əsasən Azər İsmayılov bir müddət əvvəl Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına baş direktor təyin edilib.
Bu xəbər üçün şərh yazın