"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasında iş rejimi heç vaxt asan olmayıb" -

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasında iş rejimi heç vaxt asan olmayıb" - Yaqub Məmmədov

"Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasında gündəlik iş rejimi nə mənim, nə də ki, idarənin kollektivi (bura: - çilingər, elektrik, mexanik və digər peşə sahiblərini əlavə edir) üçün heç vaxt asan olmayıb. Bu iş rejimi pandemiya dövründə idarənin kollektivi və mənim üçün ifadə edilməyəcək qədər gərgin keçib.Avtobazada gecələdiyimiz günlər olub".


Bu sözləri Faktinfo.az-a haqqında bir sıra saytlarda tənqidi fikirlər yazılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının müdiri Yaqub Məmmədov deyib. O, qeyd edib ki, kənardan saytlara və yaxud istənilən şəxsə rəhbərlik etdiyim Avtobazanın işi asan görünə bilər, amma təmirə dayanmış təcili yardım maşını qrafikə uyğun işlək vəziyyətdə olmasa və balanslaşdırma gözlənilməsə çox böyük problemlər ortaya çıxa bilər. Ona görə hesab edirəm ki, haqqımda mətbuatda yazan, məni əsassız yerə tənqid edən, bir gün etiraf da edəcəkdir.

Ünvanladığınız suala gəlincə, deyə bilərəm ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq, "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" publik hüquqi şəxsin qismində birləşdirilərkən, yeni yaradılacaq qurumda mühüm vəzifələrdən birini tutmağım TƏBİB rəhbərliyinin qəbul edəcəyi qərardan, mənim isə bu təyinatı qəbul edib-etməyəcəyimdən aslıdır. Bu ola da bilər, olmaya da. Ümumiyyətlə, ola da bilər ki, mənə iş təklif etməsinlər.Mənim TƏBİB sədri cənab Vüqar Qurbanovla saytların qeyd etdiyi kimi, hər hansı isti münasibətim yoxdur. Mən onu rəhbərim, o, da ola bilsin məni öz işinin öhdəsindən qüsursuz gələn bir şəxs kimi tanıyır".

Yaqub Məmmədov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının yoxlanılmasına, orada ehtimal edilən xoşagəlməz maliyyə israfçılığı hallarının baş verə bilməsinə dair suala da aydınlıq gətirib. "Hələ ki, Avtobazada iş əvvəlki qaydada öz ahəngində gedir, idarədə hər hansı yoxlama da aparılmır.Yazılanlar səhv məlumatlardır.İşdir, növbəti günlərdən yoxlama aparılarsa, heç bir narahatçılığım da yoxdur. Ona görə ki, təcili yardım avtomobillərinə ehtiyat hissələrinin alınması, qiymət tənzimləmələrindən tutmuş satınalmaların təşkilinə qədər saytların qeyd etdiyi fikirlərin idarəyə heç bir aidiyyatı yoxdur.Nədən təlatümlənim, ehtiyatlanım?

Bizə verilən ehtiyat hissələrini təcili yardım avtomobillərinin təmirinə istifadə edirik. Şükür Allaha, elə deyil ki, şəxsi təcili yardım maşınım ola, bura verilən ehtiyat hissələrini aparıb, istifadə edəm. Bir də ki, hər bir ehtiyat hissəsi sayla verilir, hansı tarixdə istifadə olunması sənədlərdə əks olunur. Yazıblar canları sağ olsun, nə deyim".

FAKTİNFO.AZ


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər