Təhsil Nazirliyi saxta diplomlu müəllimlərə qarşı mübarizədə səmimidirmi?-

Təhsil Nazirliyi saxta diplomlu müəllimlərə qarşı mübarizədə səmimidirmi?- “Elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib”

Təhsil sistemində baş verən neqativ hallarla bağlı maraqlı fikirlər səslənir. Sosial şəbəkələrdə o gün olmaz ki,hansısa orta məktəb haqqında müzakirə aparılmasın,saytlarda nəsə yazılmasın.

Faktinfo.az xəbər verir ki, hələ də zamanla verilmiş saxta diplomlar müzakirə edilir.Eləcə də ,Təhsil Nazirliyinin müxtəlif vəzifəli şəxsləri saxta diplomlulara qarşı apardıqları mübarizədən vaxtaşırı söhbət açırlar.Bu günün özündə də Təhsil naziri Ceyhun Bayramovun  vətəndaş Nəbiyeva (Zeynalova) Leyla Rauf qızına verilən saxta diplomun ləğv olunması və onun yeni diplomla təmin edilməsi ilə bağlı imzaladığı əmr müzakirə mövzusudur.Hazırda bu barədə hərə bir "fətir" cırır.

Hərçənd ki, 2.06.2018-ci il tarixində Təhsil eksperti Etibar Əliyev də AzEdu.az saytına müsahibəsində bildirdi ki, hazırda saxta diplomla işləyən 2000-dən çox müəllim var.Təhsil ekspertinin haqlı  olan bu fikirini  həm də onunla izah etmək olar ki,saxta diplomlu müəllimlərə qarşı mübarizə hansısa səbəbdən  gündəlikdən çox-çox əvvəl çıxarılıb.

Faktinfo.az olaraq bildiririk ki,Təhsil ekspertinin bu fikiri həqiqət olsa da yeni də deyil. Xatırlayanlar bilir ki,sabiq təhsil naziri Mikayıl Cabbarov özü belə rusiya mətbuatına etiraf etmişdi ki,təhsil sistemində işləyən saxta diplomlu 2000-dən çox müəllim var və onların hamısını tanıyırlar.Zamanla həmin müəllimlər təhsil sistemindən  uzaqlaşdırılacaqlar. 

Göründüyü kimi,illər ötdü  bir neçə saxta diplomlu müəllim istisna olmaqla onların təhsil sistemindən uzaqlaşdırılması baş vermədi.Həmin "müəllimlərin" taleyi  qanunvericiliyinin tələbləri nəzərə alınmaqla yerlərdə rayon təhsil şöbələrinə tapşırıldı. Bir sözlə,"quzu  qurda tapşırıldı".Məsələn,  zamanla Təhsil Nazirliyinin sabiq aparat rəhbəri Fariz Rzayev mətbuata bildirmişdi  ki, 2015-ci ilin sentyabrında Respublikanın müxtəlif şəhər və rayonlarında müəllim vəzifəsində çalışan, təhsil sənədi dövlət nümunəli olmayan 600-ə yaxın müəllim aşkarlanıb. Onun sözlərinə görə,həmin şəxslərlə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi yerli təhsili idarəetmə orqanlarına tapşırılıb. Eynilə ,2016-ci ilin sonunda Respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən təhsil sənədləri yoxlanılıb və 500-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkarlanıb. Müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.

Göründüyü kimi,zamanla həmin "müəllimlər"lə  iş  yerli təhsili idarəetmə orqanlarına tapşırılıb. Onda sabiq aparat rəhbərinin bu fikirinə narazılıq da gecikməmişdi.

Belə ki, təhsil üzrə ekspert Nadir İsrafilov açıqca bildirdi ki, saxta diplomlarla bağlı kimlərsə açıq formada cəzalandırılmalıdır.Sitat:“Elan edilməlidir ki, filan universitet və ya orta məktəbdə saxtakarlığa yol verilib”.Açıqca ekspert o zaman  Təhsil Nazirliyinin aparat rəhbərinə,sabiq nazir Mikayıl Cabbarovun özünə mətbuat vasitəsilə mesaj verildi ki, nə qədər quru statistika sadalamaqla məşğul olacaqsınız, belə açıqlamaların heç bir önəmi olmayacaq.Konkret adları açıqlayın, əks təqdirdə belə fikirlər "işləyirik" görüntüsü yaratmaqdan başqa bir şey deyildir. 

Saxta diplomlu müəllimlərə qarşı loyal olan bu münasibət bu günün özündə də davam etdiyindən Faktinfo.az olaraq bildiririk ki,  son 4 ilə yaxın müddətdə təkcə qərb bölgəsində yerləşən 5 rayonun təhsil şöbə müdirləri tərəfindən saxta diplomlu müəllimlər müəyyənləşdirilib və onlardan ümumilikdə 1.000000 milyon manata yaxın vəsait yığılıb.

İşdən çıxarılacağı qorxusu yaşayan hər bir müəllim 500-1000 manat arasında vəsaiti təhsil şöbə müdirlərinə verib. Hətta,sonradan Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında saxta diplom satan müəllimlərdən biri, Rayon Təhsil Şöbəsi müdiri təyin edilib.

Elə bu və ya digər səbəblərdən hazırkı Təhsil Nazirliyinin saxta diplomlu müəllimlərə qarşı apardıqları mübarizənin səmimiliyinə artıq ictimaiyyət şübhə ilə yanaşır.

 Lətafət Orucqızı

Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi