Təhsillə bağlı Finlandiyanın etdiyini ABŞ öz vətəndaşlarına yaratmayıb

Təhsillə bağlı Finlandiyanın etdiyini ABŞ öz vətəndaşlarına yaratmayıb 

Finlandiya xalqı asfalt yollarla 1920-ci illərdə tanış olub. XIX əsrin əvvəllərinə qədər bildikləri tək şey isə yoxsulluq idi.

Bunun əksinə olaraq, Braziliyanın Sao Paulo şəhərində ilk asfalt yolu 1909-cu ildə salınıb.

O zaman kənd təsərrüfatı iqtisadiyyatı ilə ayaqları üzərində qalmağa çalışan Finlandiya ilk asfalt yolunu açmaq üçün 1963-cü ili gözləyəcəkdi. Lakin bu iki ölkə ötən illər ərzində başqa nöqtələrə gəlib çıxıb. Finladiya təhsil sistemini və sosial siyasətini dəyişdirərək dünyanın ən məhşur və hörmətli təhsil sistemini yaratdı.

Braziliya isə bir çox Latın Amerika ölkəsi kimi yoxsul və zəngin ailələrin uşaqları üçün bərabər təhsil fürsəti yaratmağı hələ də bacarmayıb.

Finlandiya möcüzəsi

Bu möcüzəvi dəyişiklik Finlandiyada 1970-ci illərdə başladı və yeni islahatlar sayəsində dəyişiklik ruhu güc qazandı. Ölkə 30 il ərzində orta təhsil sistemini qlobal təhsil sıralarının başından enməyən bacarıq inkubatoruna çevirdi. Beləliklə, Finlandiya təcrübəli bir sənaye istisadiyyatı yaratdı.

Bəs necə? Qısaca desək, dünyada həyata keçirlənlərin tam əksini edərək, buna nail olub.

Finlandiya işin mətbəxindən başlayaraq, həm dərs saatlarını, həm imtahanları, həm də ev tapşırıqların sayını azaltdı. Beynəlxalq təhsil mütəxəssisləri bu anlayışın gizli formulasını araşdırıb.

Finlandiya isə öz sirrini belə açıqlayır: Keyfiyyətli ictimai təhsil, sadəcə təhsil siyasətinin deyil, eyni zamanda sosial siyasətin bir nəticəsidir.

1990-cı illərdə “Finlandiya dərsləri” kitabında bu islahatların yaradıcılarından olan, pedaqoq Pasi Sahlberg bu ifadələri söyləmişdi:

“Yüksək sosial rifah səviyyəsi uşaqlar üçün bərabər fürsətlər, eyni zamanda pulsuz və keyfiyyətli təhsil verməyi təmin etməklə mühüm rol oynayır”.

Bərabər fürsətlər

Paytaxt Helsinkinin ən əhəmiyyətli orta məktəblərindən olan Viikkini misal gətirək. Finlandiyanın bütün məktəblərində olduğu kimi, burada da bir iş adamının uşağı ilə adi bir işçinin uşağını yan-yana görə bilərsiniz. Onlardan heç bir şəkildə təhsil haqqı alınmır.

Məktəbin geniş kafesində hər gün bolluca miqdarda sağlam qida verilir və buradakı 940 şagirdin hamısına tibbi xidmət və diş müalicəsi təqdim edilir.

Məktəb ləvazimatlarının hamısı pulsuzdur.

Uşaqların inkişafı mütəxəssisləri, pedaqoqlar və psixoloqlar da uşaqları diqqətlə nəzarətdə saxlayırlar, disleksiya (uşaqlarda öyrənmə pozuntusu) kimi problemləri tez bir zamanda müəyyən edib onlara dəstək olurlar.

Sahlberg sosial qeyri-bərabərlik, uşaq yoxsulluğu və əsas xidmətlərin çatışmazlığı bir ölkənin təhsil sistemi fəaliyyətini zəiflədən güclü bir amildir deyir.

Dəyişiklik

1960-cı illərin sonunda finlandiyalıların yüzdə 10 faizi orta məktəb məzunu idi. Bir çox ailənin təhsil qurumlarına veriləcək pulu yox idi, dövlət məktəbləri isə kifayət etmirdi. Cəmiyyətin sadəcə yüzdə 7 faizində olan universitet diplomu nadir verilən bir mükafat kimi idi.

Lakin Finlandiya tarixən müqavimət göstərən cəmiyyəti ilə tanınır. 1917-ci ildə İsveç Krallığının 600 il və Rusiya imperiyasının ən azı 100 il davam edən hakimiyyətindən xilas olaraq müstəqilliyini elan edib.

1970-ci illərdə dəyişiklik başladı və insan sərmayəsini inkişaf etdirmək dövlətin prioriteti oldu.

“Peruskoulu” adı verilən 9 illik (ibtidai və orta təhsil) məcburi təhsil sistemi də bərabərlik və sosial inteqrasiya dəyərləri altında formalaşdırıldı.

Daha sonrakı prioritetləri isə müəllimlər üçün univeristetlərdə mükəmməl peşə təhsili proqramı yaratmaq idi. Bu gün ölkədəki gənclərin çoxu tibb və hüquq kimi çox arzulanan fakültələrlə yanaşı müəllimlik peşəsini də seçirlər.

Cəmiyyətdə iştirak

1990-cı illərdə təhsil yeni bir inqilaba səhnə oldu. Dövlət, sadəcə pedaqoqların deyil, valideynlər, siyasətçilər və özəl sektorun nümayəndələrinin yaratdığı həmkarlar ittifaqını və fondları köməyə çağırdı. Beləliklə, Peruskoulu-nu 1990-cı illərin sonlarında riyaziyyat, elm və oxuduğunu şərh etmək kimi sahələrdə liderliyə aparan da bu fəaliyyəti idi.

2001-ci ildə Finlandiya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı” PİSA-da bütün sahələrdə dünya sıralamalarının başında idi.

Təhsilə sərmayə də ölkədə iqtisadi inkişaf və yoxsulluğun qarşısını almaq üçün lokomativ vəzifəsini daşıyır.

Finlandiya xalqı sadəcə öz yaşayışını deyil, başqalarının da yaşayışını irəli çıxaran ortaq cavabdehlik hissinə sahibdir. Uşağın qayğısına qalmaq və rifahı üçün səylər hələ körpə dünyaya gəlməmişdən başlayır və yetkinlik yaşına qədər davam edir.

Uşaq bağçaları kimi əsas xidmətlər hər kəsə bərabər və pulsuz olaraq təqdim edilən bir haqqdır. Finlandiya təhsilə ictimai mənfəət kimi baxır və bu səbəbdən də bu konstitusiyada əsas bir insan haqqıdır”.

Bərabərlik beşikdən başlayır

Finlandiyada 1970-ci illərdən etibarən firavan dövlət kök saldıqca böyük bir ictimai yardım şəbəkəsi quruldu. Bu gün adambaşına düşən gəlir vergisinin nisbəti yüzdə 51,6 faizdir.

Amma bu ölkənin BMT tərəfindən dünyanın ən xoşbəxt ölkəsi seçilməsinə mane olmayıb.

1930-cu illərdən başlayaraq hamilələrə 50 sadə körpəyə qulluq məhsullarından ibarət yardım paketi verilməyə başladı. Beləliklə, sosial təbəqədən müstəqil olaraq hər bir uşaq həyata bərabər şəkildə başlaya bilir.

Bundan başqa körpə dünyaya gələn zaman anaya 105 iş günü, ataya isə 54 iş günü icazə verilir. Beləliklə, uşaqlar ilk yaşlarını ailələriylə yaxın təmas şəraitində keçirirlər.

Valideynlərdən biri evdə körpəylə qalmağa üstünlük verərsə, dövlət həmin adama 450 avro vəsait verir. Körpə 3 yaşına çatana qədər ana da, ata da işə qayıtmaq haqqına sahibdir.

İşə geri qayıdan zaman dövlətin dəstəyilə iş yükü azaldılır. Işə geri qayıdanlar üçün subsidiyalaşdırılmış xüsusi körpəyə qulluq mərkəzləri mövcuddur. Gəliri az olan ailələr qulluq mərkəzlərinə pul ödəmirlər. Ailə gəlirlərinə görə dəyişən bu məbləğın ən yüksək aylıq ödənişi 290 avrodur.

Finlandiyalı uşaqlar 6 yaşında pulsuz ibtidai sinifə başlayır. Məqsəd isə sadə bacarıq və məlumatları onlara öyrətmək və onları məktəbə hazırlamaqdır. Texniki və peşə təhsili qurumlarından tutmuş ali təhsilə qədər hər kəs üçün bərabərlik anlayışı davam edir. Yəni ibtidai sinifdən doktoranturaya qədər təhsil pulsuzdur.

(BBC Azərbaycanca)

Təhsillə bağlı Finlandiyanın etdiyini ABŞ öz vətəndaşlarına yaratmayıbTəhsillə bağlı Finlandiyanın etdiyini ABŞ öz vətəndaşlarına yaratmayıbTəhsillə bağlı Finlandiyanın etdiyini ABŞ öz vətəndaşlarına yaratmayıbTəhsillə bağlı Finlandiyanın etdiyini ABŞ öz vətəndaşlarına yaratmayıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi