"Təkcə “Bibiheybət” məscidindən ayda 400 min manat nəzir pulu yığılır" - Milyonlar hara gedir?
“Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilib. Bundan sonra nəzirləri onlayn qayda da ödəmək mümkün olacaq.
Dəyişiklik müəllifləri hesab edirlər ki, onlayn qayda da ödəniş şəffaflığı təmin edəcək.
Maraqlıdır, indiyədək nəzir qutularına toplanan vəsait necə xərclənirdi? Hansısa şübhələr var idimi?
Məscidlərdən yığılan nəzir pulları ilə bağlı hesabat aparılırdımı?
Dinşünas alim Elşad Miri Yenisabah.az-a açıqlamasında deyib:
“Bu günə qədər nə Qafqaz Müsəlmanlar İdarəsi, nə də o quruma mənsub olan hansısa məscidin hesabatla çıxış etdiyini görmüsünüzmü? Əlbəttə, xeyr. Ona görə də, şübhə yaratmağı elə ilk gündən mövcud idi.
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təsis ediləndə həmin qurumun rəhbəri belə bir açıqlama verdi ki, təkcə “Bibiheybət” məscidindən aylıq 400 min manat nəzir pulu yığılır. Bununla bağlı da həmin vaxt ANS TV-nin müxbiri olan Qənirə Paşayeva orada sorğu keçirmişdi. Nəticələrinin şahidi olurduq”.
İlahiyyatçının sözlərinə görə, hesabat verilməməsi, digər məsələlərin qapalı olması şübhələr yaradır. Dəyişikliklər qəbul edilsə, mexanizm işləsə, onlyan şəkildə ödənilsə təbii ki, bunlar müəyyən sistemə düşəcək. Bununla bağlı hər hansı informasiya veriləcəkmi? Bunun özü də tam açıqlanmır. Ümid edirəm yəqin ki, qərarın sonraki prosesi bununla əlaqəlidir”.
E.Miri qeyd edib ki, din xadimləri orta Azərbaycan vətəndaşılarından daha yaxşı yaşayır:
“Özümüz də görürük ki, həmin qurumlarda çalışanlar və yaxud da din xadimləri konkret olaraq orta Azərbaycan vətəndaşından daha yaxşı yaşayır. Nəyin hesabına? Heç yerdə işləmir, peşələri yoxdur. Hansısa bir ödəniş etmir, vergi vemirlər. İanələrdən bu günə qədər vergilər alınmır. Necə olur bu? Belə bir situasiyanın yaranmasına bu kimi amillər təkan verir”.
Bu xəbər üçün şərh yazın