Tələbədən alınan "kəsir pulu” rüşvətin digər formasıdır- Siyavuş Novruzov
“Kəsir pulu” rüşvətin digər formasıdır. Demək ki, bir tələbənin kəsri varsa, gətirib universitetə pul verməlidir. Bununla deyə bilərik ki, kəsir pulu ilə rüşvət leqallaşdırılır.
Faktinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirib.
O deyib ki, bir kəsrin pulu 200, 300 manatdır:
“Əgər bir tələbənin 6 kəsri varsa, elə təhsil haqqına bərabər ödənişi gətirib universitetə verəcək. Nəzərə almaq lazımdır ki, bu tələbə kirayə qalır, təhsil haqqı ödəyir. Həmin pulların da hara getdiyi haqqında məlumat verilmir. Valideynlər təhsil haqqını ödəyirlər.
Ödənişli təhsilin həcmini universitetlərin özü müəyyən edir. Amma onlara deyəndə ki, bu maliyyəni hara xərcləmisiniz, bundan nə qədəri müəllimlərə, nə qədəri universitetə xərclənib, cavab vermirlər. Bunları nəzərə almaq lazımdır. Eyni zamanda tələbələrin təqaüdləri minimum əmək haqqına uyğunlaşdırılmalıdır”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın