Telefon və planşetlə oynayan uşaqlarda skolioz-onurğa sütununun deformasiyası xəstəliyi əmələ gələ bilər-Pediatr

Telefon və planşetlə oynayan uşaqlarda skolioz-onurğa sütununun deformasiyası xəstəliyi əmələ gələ bilər-Pediatr 

Uşaqlarda skolioz-onurğa sütununun deformasiyası son vaxtlar çox artıb. Bu xəstəliyin anadangəlmə və qazanılmış formaları var.

Axar.az xəbər verir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, anadangəlmə skoliozun bir neçə səbəbi ola bilər:

“Sümük-əzələ sisteminin inkişafında müxtəlif səbəblərdən problemlər yaranır. Bunlara irsi-genetik faktorları, ananın hamilə vaxtı keçirdiyi xəstəlikləri və digər halları göstərmək olar. Uşaqlar 6 aylıq olan zaman pediatr və ortoped uşağı mütləq skolioza görə müayinə edəcək. Sonradan qazanılmış skolioz isə düzgün otura bilməyən, çəkisinə uyğun olmayan yükü, məsələn, məktəb çantalarını daşıyan, saatlarla telefon və planşetlərlə oynayan uşaqlarda rast gəlinir.

Çiyin və kürək eyni səviyyədə olmasa, həmçinin çanaqda gözəçarpan əyilmələr, qeyri-normal yeriş (ördək yerişi) müşahidə olunarsa, həkimə müraciət etmək lazımdır. Skoliozun müalicəsi ilə mütəxəssislər məşğul olmalıdır, masaj ustaları deyil. Deformasiyanın dərəcəsindən asılı olaraq, yalnız həkim masaj, gimnastika, üzgüçülük və digər tövsiyələr verə bilər”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi