"Televizyayalar insanların şəxsiyyətini alçaldır"-

"Televizyayalar insanların şəxsiyyətini alçaldır"- Rəşid Mahmudov :"Xoşqədəm də verlişi düzgün aparmadı"

Efirlərimizdə həmişə ailə problemlərindən şou yaradılması və kimlərinsə öz xəstəliyindən istifadə edərək başqa məqsədlər üçün insanlardan pul toplaması, heç də cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Faktinfo.az xəbər verir ki,tənqidi fikirləri ilə tanınan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov bunu Moderator.az-a açıqlamasında  bildirib. O,bu kimi adamların hələ də cəmiyyətdə şəxsiyyət kimi formalaşmadıqlarını qeyd edib:

“Televiziyalarımızda bu kimi hadisələri nahaq edib şouya çevirirlər. Efirə çıxardıqları adamların şəxsiyyətini alçaldırlar. Bəzən də bunu adamlar özü istəyir, sevinir ki, onu televizorda göstərirlər. Televizyalarımız artıq həkim rolunu oynayır. Kiminsə öz xəstəliyi hesabına başqa məqsədlər üçün millətdən pul toplaması biabırçılıqdır. Bunu edən adamların özü cəmiyyətdə şəxsiyyət kimi formalaşmamış adamlardır”.

 R.Mahmudov artıq belə verilişlərə çıxmadığını da vurğulayıb:

“Mən artıq belə verilişlərin heç birisinə çıxmıram və bundan sonra da çıxmayacam. Belə verilişlərdə milləti dilənçi kökündə təqdim etmək ayıbdır. Əvvəllər Xoşqədəm Hidayətqızının verilişində iştirak edirdim və onda doğrudan da insanlara kömək edirdi. Amma sonradan verilişi düzgün aparmadı”. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər