Test sualları çətinləşib, repetitorlar artıb

Test sualları çətinləşib, repetitorlar artıb 

Ötən həftə test sualları və imtahanları ilə bağlı əməkdar elm xadimi, professor Şahlar Əsgərov test suallarının həddən ziyadə ağırlığını qeyd etməklə on minlərlə vətəndaşın ağrılı probleminə toxundu.

Bununla hardasa, Dövlət İmtahan Mərkəzində başlanmalı olan islahatlara ehyam vurmuş oldu. Son illər DİM haqqında cəmiyyətdə mövcud olmayan birmənalı fikirlərin məcmusunu səsləndirdi. Testlərin ağırlığı və sərtləşdikcə repetitorların artdığını ekspert haqlı olaraq vurğuladı.

Faktinfo.az saytı xəbər verir ki, repetitorluqla məşğul olan müəllimlərin sayı-hesabı yoxdu. Biləndə-bilməyəndə, savadlısı da, savadsızı da repetitorluqla məşğul olur. Artıq vəziyyət o həddədir ki, valideynlər övladlarına görə aldadılır. Kifayət qədər psixoloji durumu yerində olmayan şagird hazırlayan müəllimlərin bu “bazarda” özlərinə yer etməsi, minlərlə abituriyentin yüksək nəticə əldə edə bilməməsini mümkünləşdirib. Valdeynlərin cibini “soyan” repetitorların bu şəkildə birdən-birə çoxalmasının birinci səbəbi orta məktəblərdə fənnlərin normal tədris olunmamasıdırsa, ikinci başlıca amil isə DİM tərəfindən test suallarının həddən ziyadə mürəkkəb, çətin şəkildə tərtib olunmasıdır.

Sürətlə artan repetitorların vergidən, Dövlət Sosial Müdafiə Fonduna ödəmələrdən yayınmaları da mümkünləşib. İl ərzində repetitorlara xərclənən milyon manatların qarşılığında bu sahədən vergiyə ödənilən cuzi məbləğlər subut edir ki, bu sahədə nizam-intizam yaratmaq vacibdir.

Bu arada Faktinfo.az saytına verilən məlumatda o da qeyd olunur ki, repetitorların yanına gələn şagirdlər koronvirusun yayılma faizini yüksəltməklə bərabər, sakinlərin rahatlığını da pozur. Bloklarda, evlərdə baş alıb gedən səs-küylər narazılıqlarla müşayiət olunur. Bu xüsusda Qara Qarayev prospekti bina 1, məhəllə 25/17-18-də fizika fənnindən Nüşabə, Əli Vəliyev, 85-90 küçəsi məhəllə 85-də riyaziyyat fənni üzrə Aynur müəllim repetitorluq fəaliyyəti ilə məşğul olmaqla həm də insanların rahatlığına öz mənfi töhvələrini vermiş olurlar. Bu və ya digər halların aradan qaldırılması üçün test sualları çətin tərtib olunmamalı, orta məktəblərdə tədrisin keyfiyyəti yüksəldilməlidir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər