TEXNİKİ TƏMAYÜLLÜ UNİVERSİTETLƏR BİRLƏŞDİRİLƏCƏK -

TEXNİKİ TƏMAYÜLLÜ UNİVERSİTETLƏR BİRLƏŞDİRİLƏCƏK - AzTU və AzMİU Bakı Mühəndislik Universitetinə...

Bir müddət əvvəl xəbər vermişdik ki, bəzi ali məktəblərdə ixtisaslar üzrə optimallaşdırma aparılacaq, tələb olunan ixtisaslar üzrə plan yerlərinin artırılması mümkünləşəcək.Belə də oldu.


Hazırda Faktinfo.az saytına verilən məlumata görə, 2022/2023-cü illər ərzində universitetlərin birləşməsi də gözlənilən olacaq. Universitetlərin çoxluğu və oradakı ixtisasların bir-birini təkrarlaması, istənilən səviyyədə həyata keçirilməyən kadr hazırlığı hökuməti düşünməyə vadar edib. Artıq hakimiyyətin üst qatında da hesab edirlər ki, xüsusilə, istənilən səviyyəli mühəndis kadrların hazırlığı baxımından bir sıra məsələləri tezləşdirmək lazımdır.


Faktinfo.az saytına verilən məlumatda o da bildirilir ki, Azərbaycanda il ərzində texniki ixtisaslı 2-3 min arası kadra ehtiyac duyulur.Buraxılan kadrlar isə bundan qat-qat çoxdur.O cümlədən ölkəmizdə bu istiqamət xətti üzrə azı 5 universitet fəaliyyət göstərir.Bu universitetlərin saxlanması xərc tələb edir, dövlət hesablı plan yerlərinə ödənilən vəsait nəticədə öz səmərəsini vermir. Elə bu və ya digər səbəbdən məsələ öyrənilir, beynəlxalq təcrübəyə əsaslanaraq, müəyyən təhlillərə söykənilir. Eyni və yaxın təmayüllü universitetlərin birləşdirilməsinin effektliyi nəzərdən keçirilir.


 Hesab edilir ki, Azərbaycan Texniki Universiteti (AzTU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Bakı Mühəndislik Universitetinə birləşdirməklə, vahid texniki sahəni əhatə edən kadr hazırlığını inkişaf etdirmək mümkündür. Bununla kadr hazırlığı pərakəndəliyini aradan qaldırmaq, vəsait itkisinin qarşısını almaq, müasir tələblərə cavab verən, ölkənin inkişafında xüsusi önəm kəsb edən mütəxəssislərin hazırlanmasını təmin etmək olar.

Eləcə də, bir sıra iqtisadi sferanı əhatə edən ali təhsil müəssisələrini Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU), digər ali məktəbləri Bakı Dövlət Universitetinə (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirməklə ölkəmizdə ali təhsilli mütəxəssis hazırlığını daha mükəmməl həyata keçirmək mümkündür-deyə qeyd olunur.


O cümlədən vurğulanır ki,Azərbaycan Dövlət İqtisad Universiteti mövcuddursa və orada dərslər Azərbaycan Kooperasiya Universiteti ilə müqayisə olunmayacaq dərəcədə yüksək səviyyədə tədris olunursa, adı qalan “Azərttifaq”ın nəzdində olmuş universitetin saxlanmasının nə önəmi var.


Onu da qeyd edək ki, aparıla biləcək islahatların ictimai müzakirələrə təqdim edilməsi belə mümkün hesab edilməlidir.Bu təqdirdə Universitetlərimizə etimad artar, universitetə bir təhsil müəssisəsi kimi yox, həm də bir elmi mərkəz kimi yanaşılar.

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər