Texnologiya Universitetinin magistr tələbəsi DƏRSƏ GƏLMƏDİYİ HALDA YÜKSƏK QİYMƏT ALDI... -İDDİA
Ötən ayın sonlarında işində buraxdığı nöqsanlara görə,ADAU-nun dekanı rüşvətə görə həbs olundu.
Dəfələrlə qeyd etmişik ki, Texnologiya Universitetinin İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri Fuad Yusifovun qızı Əsli Yusifova, Bakı Şəhərində tam ştat işlədiyi halda Texnologiya Universitetində 2 -ci kurs Magistr tələbə kimi fəaliyyətini davam etdirir.
Adıçəkilən tələbə iki il ərzində dərsə gəlmədiyi halda ona imtahan nəticələri yazılaraq,kobud qanun pozuntusuna yol verilib.
Əgər belə hala görə,yaxud da buna oxşar qanun pozuntusunun üstündə digər universitetin dekanı haqqında çəza tədbiri görülübsə, sual yaranır ki, Texnologiya Universitetinin Kafedra müdiri Fuad Yusifovun qızı, Əsli Yusifova haqqında məğbul qiymətlər yazan rəhbərlik niyə cəzasız qalır..?
Diqqətinizə çatdıraq ki, magistr tələbənin hər iki valideyini Texnologiya Universitetinin əməkdaşıdır, atası İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri Fuad Yusifov, anası isə İnsan Resursları Mərkəzinin mütəxəssisi Navalə Məlikovadır.
Müxbir Tural Qabilli
Bu xəbər üçün şərh yazın