Teymur Rəcəbov Dünya Kubokunun qalibi oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun finalında altıncı "tay-breyk" görüşünü keçirib.
32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla üz-üzə gəlib.
Altıncı duel heç-heçə yekunlaşıb və Azərbaycan təmsilçisi Dünya Kubokunun qalibi olub - 5,5:4. Teynur Rəcəbov Dünya Kubokunun sahibi olan ilk şahmatçı kimi ölkə idmanının tarixinə düşüb.
Qeyd edək ki, final mərhələsində ümumi hesab bərabər olduğu üçün (2:2) "tay-breyk" oynanılıb. Yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanıb. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın