Təyyarəyə gecikdiyi üçün sağ qaldı:“İcazə verilmədiyinə görə çox qəzəbli idim”
Yunanıstan vətəndaşı Antonios Mavropolulos “Ethiopian Airlines” şirkətinin ötən gün qəzaya uğrayan təyyarəsinə gecikdiyi üçün sağ qalıb.
O, sərnişin təyyarəsinə iki dəqiqə gecikdiyinə görə sağ qalıb. “Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Mənə icazə verilmədiyinə görə çox qəzəbli idim”, – deyə Mavropolulos bildirib. Martın 10-da qəzaya uğrayan “Boeing 737”-nin göyərtəsində 157 nəfər olub. Onarın hamısı həlak olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın