Tibilisidə əhali ayağa qalxdı- Baş prokuror istefaya göndərildi,hakimlərin istefası tələb edilir
Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında kütləvi aksiya keçirilir.
Faktinfo.az xəbər verir ki,ötən ilin dekabrın 1-də Tbilisinin 51 saylı məktəbinin şagirdləri 16 yaşlı David Saralidze və Levan Dadunaşvili Xorava küçəsində mübahisə zamanı ölümcül bıçaq yaraları alıblar. Polis insidentdə şübhəli bilinən 2 yeniyetməni saxlayıb. Tbilisi şəhər məhkəməsi bu gün təqsirləndirilən şəxsləri qismən təqsirli hesab edib.
Bundan sonra Gürcülər Tbilisidə qətlə yetirilən iki məktəblinin qatillərinin cəzalandırılmasını tələb ediblər.
“Məni qətlə yetirmə” şüarlı aksiya ilk öncə Baş prokurorluğun qarşısında sonra Tbilisi şəhər məhkəməsinin qarşısında keçirilib.Yeniyetmələrin qətli ilə bağlı iş üzrə qərarın ədalətli çıxarılmasını tələb ediblər.
Baş prokuror İrakli Şotadzenin istefasından sonra aksiya iştirakçıları parlamentin binası qarşısına doğru yürüş də ediblər.
Aksiya iştirakçıları qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə həmrəylik nümayiş etdiriblər. Onlar Tbilisi Apellyasiya Məhkəməsi, Gürcüstanın Ali Məhkəməsinin sədrləri və digər hakimlərin istefasını tələb edirlər.
Bu xəbər üçün şərh yazın