Torpaq “davası” –Məşhur “91-lər” dən olan Heydər Hüseynov məhkəməyə verilib

Torpaq “davası” –Məşhur “91-lər” dən olan Heydər Hüseynov məhkəməyə verilib 

Faktinfo.az xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, məşhur “91-lər “dən olan Heydər Hüseynov ADPU-nun keçmiş rektoru Yusif Məmmədov tərəfindən məhkəməyə verilib.Buna səbəb mətbuatda Y. Məmmədovun əleyhinə yazılan yazı olub.

Belə ki, H. Hüseynov sabiq rektora satdığı 6 sot torpağın muqabilində ondan cəmi 4 min dollar aldığını , yerdə qalan 8 min dolları isə hələ də  ala bilmədiyini  mətbuat  vastəsilə  ictimailəşdirib.

Keçmiş rektor  H. Hüseynov tərəfindən  çox ciddi şəkildə ittiham olunub. Sitat : “Yusif Məmmədov universitetə rəhbərlik etdiyi dövrdə dövlət əmlakını şəxsi məqsədlər üçün talayıb, universitetin balansında olan avtonəqliyyat vasitələrini öz ailəsinin şəxsi "xidmətinə" verib, Şamaxı rayonunda müəllimlərin istirahətini təmin etmək məqsədilə  mərkəzə ayrılan  vəsaiti  mənimsəyib,buna görə də tikinti yarımçıq qalıb.Bağ evi tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti  tərəfindən  ayrılmış torpaq sahələrini  müəllimlərə  təzyiq edərək  ələ keçirib ,digər bir çox qanunsuz əməllərə imza atıb,Universitetə ayrılan dövlət vəsaitini və daxili imkanlar hesabına əldə olunan vəsaiti müxtəlif adlar altında silərək mənimsəyib ”.

Faktinfo.az Heydər Hüseynovla telefon əlaqəsi saxlayıb,  illər öncə baş vermiş  məsələyə  görə niyə məhz indi şikayət etməsinin  səbəbilə maraqlanıb.H.Hüseyinov cavab olaraq bildirib ki,sabiq rektor  illərdir  onu yalançı vədlərlə aldadıb, ondan aldığı torpağa  dair yerdə qalan 8 min dollarını verməyib.Elə bu səbəbdən o,Y.Məmmədovun bütün qanunsuz əməllərini artıq  ictimailəşdirmək qərarına gəlib.

Məsələyə münasibət bildirən Yusif Məmmədov isə Heydər Hüseynovla tələbə yoldaşı olduğunu ,onunla görüşmək istəsə də ,qarşı tərəfin üz-üzə görüşməkdən yayındığını qeyd etdi.İddia olunanların yalan olduğunu vurğuladı. H.Hüseynovun ona şər atdığını  bildirdi.Hətta bu barədə yazılacağı  təqdirdə saytı məhkəməyə verəcəyini də deməyi unutmadı.

Mövzunu diqqətdə saxlayacağıq.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi