Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktorundan ŞİKAYƏT-

Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktorundan ŞİKAYƏT- "Bütün işi müavin Nuranə Ələkbərova..."

İnci Mamedova adlı xanım Faktinfo.az saytına Tovuz Dövlət Sosial-İqtisad Kollecinin direktorundan şikayət göndərib.

Şikayətçi qeyd edir ki,kollecin direktoru Rizvan Qəmbərovu  iş yerində tapmaq qeyri mümkündür.Digər tərəfdən kollecin maddi texniki bazası yox dərəcəsindədir, maliyyə pozuntusu, özbaşınalıq pikk həddə çatıb.O da bildirilir ki, işə gəlmiyən müəllimlərin, texniki işçilərin, tələbələrin təqaüd kartları direktor müavini Nuranə Ələkbərovadadır.

Məlumatda bildirilir ki,son bir neçə gündə valideynlər də direktor Rizvan Qəmbərovu iş otağında tapa bilmirlər. Valideynlərin kollecin direktoruna sözləri olduğundan dəfələrlə günün müxtəlif vaxtlarında kollecə getsələr də  rəhbəri iş otağıda tapa bilməyiblər.Direktorun katibəsi isə bildirib ki,bütün iş müavin Nuranə Ələkbərovaya həvalə edilib,- məlumatda qeyd edilir.

Mövzuya münasibət öyrənmək üçün kollec rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də,cəhdlərimiz nəticəsiz qaldı.

Faktinfo.az



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər