Tramp İran neftinə embarqonu ləğv etmədi – Dünyaya mesaj

Tramp İran neftinə embarqonu ləğv etmədi – Dünyaya mesaj 

ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb.

Bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

İran nefti ilə bağlı bəyanat yayan Tramp isə dünyanın İransız da mövcud ola biləcəyini deyib:

“Mən belə qənaətə gəlmişəm ki, dünyada neft digər ölkələr tərəfindən kifayət qədər istehsal edilir. Bu, İranın neft və neft məhsullarının alışını azaltmaq üçün yetərlidir”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ noyabrın 4-də İran neftinə qarşı sanksiyalar tətbiq edəcək. ABŞ digər ölkələrdən bu tarixə qədər İran neftinin alışını dayandırmalarını istəyib, əks təqdirdə onlara qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi