Tramp xəbərdarlıq etdi: “Yüz minlərlə adam ölər!”

Tramp xəbərdarlıq etdi: “Yüz minlərlə adam ölər!” 

ABŞ prezidenti Donald Tramp Twitter mikrobloqunda Suriya ilə bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, o, “Bəşər Əsəd düşünmədən İdlib şəhərinə hücum etməməlidir. Ruslar və iranlılar ehtimal olunan insanlıq tragediyasında yer alaraq ciddi xəta törədərlər, yüz minlərlə insan ölər, buna icazə verməyin” - deyə, yazıb.

Suriyada müxaliflərin sonuncu sığınacağı olaraq qalmış İdlibdə dörd milyona yaxın sivil vətəndaş Əsəd və dəstəkçilərinin əməliyyat keçirməsinə görə narahatdırlar.

İdlibdə baş verəcək hər hansı qarşıdurmanın Türkiyə və Avropaya böyük köç dəstəsi yarada biləcəyi ehtimalı yüksəkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər